Bakı liderliyi ələ keçirdi
13 oktyabr 2013 20:55
Bu gün qadın otüstü hokkeyçilər arasında ölkə çempionatının yüksək dəstəsində X turun görüşləri baş tutub. Azerisport.az xəbər verir ki, paytaxtın eyni adlı komandası “Sumqayıt”ın qapısından 9 cavabsız top keçirib.
Yarışın favoritlərindən olan “Atasport-2” klubu Qusar “Samur”u 4:1 hesabı ilə üstələyib. Bu tura qədər çempionatda üçhakimiyyətlik vardı. “Bakı” bol qollu qələbədən sonra top hesabında ilk pilləyə yüksəlib.
Ölkə çempionatlarında növbəti görüşlər oktyabrın 20-da keçiriləcək. Həmin gün liderlər - “Bakı” və “Atasport-2” komandaları üz-üzəg gələcəklər. “Sumqayıt” isə “Samur” klubu ilə bir daha münasibətinə aydınlıq gətirəcək.
Komanda
|
O
|
Q
|
H
|
M
|
Qol
|
Xal
|
"Bakı"
|
10
|
7
|
0
|
3
|
42-15
|
21
|
“Atasport-2”
|
10
|
7
|
0
|
3
|
41-18
|
21
|
"Samur"
|
10
|
6
|
0
|
4
|
43-36
|
18
|
"Sumqayıt"
|
10
|
0
|
0
|
10
|
1-60
|
0
|