İrina Zaretskadan 3 qızıl medal
19 sentyabr 2016 11:45
Karate üzrə milli komandamızın favoritlərindən İrina Zaretska (-68 kq) mötəbər "Banzai Cup" açıq beynəlxalq turnirində üç yarış kateqoriyasının qalibi olub. Azerisport.az xəbər verir ki, bu il qadınların komanda yarışlarında Avropa çempionu olan məşqçi Denis Morozovun yetirməsi 21 yaşadək gənclər və böyüklər arasında, həmçinin açıq çəki drəsinin qızıl medallarını qazanıb.
Berlində keçirilən ənənəvi turnirdə 34 lkədən 1302 idmançı iştirak edib. Milli komandamız həftəsonu Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının nüfuzlu Karate 1 Premyer Liqasında iştirak edəcək.