Stolüstü tennisçilərimiz Çexiya açıq birinciliyində
11 fevral 2015 12:45
Stolüstü tennisçilərimiz Çexiyaya yollanıb. Azerisport.az xəbər verir ki, bu gün Xodonin şəhərində yığmamızın 6 idmançısının iştirak edəcəyi kadetlər və yeniyetmələr arasında açıq birinciliyə start veriləcək.
Eyni zamanda digər 8 idmançımız Küveytdə beynəlxalq turnirdə bacarığını sınayacaq. Yığma komandamızın üzvləri fevralın 23-də Vətənə dönəcək.