Aprel ayı üçün reytinq cədvəli açıqlandı
9 aprel 2013 14:48
Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahı stend atıcılığı üzrə Azərbaycan millisinin üzvlərindən fərqli, güllə atıcılarımız üçün uğurlu alınmayıb.
Belə ki, snayperlərimizdən İradə Aşumova 25 metr məsafəyə atəş açmada mövqeyini qorusa da (28-ci pillə), 10 metr məsafəyə atəş açmada 2 pillə irəliləyib və 45-ci yerə yüksəlib. Ruslan Lunyov da heç bir rəqibini özündən irəli buraxmayıb. O, yenə 40-cı (25 m) və 67-ci (10 m) pillədədi.
Olimpiya çempionumuz Zemfira Meftahətdinova isə bu dəfə daha 15 pillə geriləyərək, 38-ci yerə enib. Qeyd edək ki, digər atıcılarımız reytinq cədvəlində yer almayıblar.