Dünya Kubokunun finalı Bakıda!
16 noyabr 2013 11:35
Gələn ilin payızında ölkəmiz stend atıcılığı üzrə mötəbər yarışa ev sahibliyi edəcək. Bu barədə məlumatı azerisport.az saytına milli komandamızın lideri Zemfira Meftəhəddinova verib.
Olimpiya çempionumuzun sözünə görə, Dünya Kubokunun final mərhələsi Azərbaycanda keçiriləcək.
Bu, atıcılıq idmanı üzrə təşkil olunacaq ilk böyük tədbirimiz olacaq. Yarışın baş tutacağı məkan hələ dəqiqləşməyib. Konkret o məlumdur ki, Dünya Kubokunun həlledici raundunun ya paytaxtda, ya da Qəbələdə təşkil ediləcək.