Rostislav Pevstov dünya kubokunda bürünc medalı qazandı
4 aprel 2016 12:15
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov bu ilin beynəlxalq arenada qazanılan mükafatların "siftə"sini edib. Azerisport.az xəbər verir ki, bu sahədə ilkə imza atan Rostislav Pevstov Yeni Zelandiyanın Nyu-Plimut şəhərində keçirilən mötəbər dünya kubokunda bürünc medalı qazanıb.
750 metrlik su məsafsini idmançı 09:55 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 km velodistansiyanı 28:06 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 14:32 nəticəsilə başa vurub.
Ümumi hesablamada R.Pevtsov 53:32 vaxt göstəricisilə üçüncü yerə layiq görülüb.