Rostislav Pevtsov 22-ci sırada
25 aprel 2016 13:15
Beynəlxalq Triatlon İttifaqı idmançıların yeni Olimpiya reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 22-cı pillədə qərarlaşıb.
İdmançımızın hesabında 4244,11 xal var.
Reytinq cədvəlində ilk 55 pillədə qərarlaşan idmançılar “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Bunu nəzərə alaraq idmançımız lisenziya qazanmağı yaxındır.
Reytinq cədvəlinə ispaniyalı Mario Mola liderlik edir.