Güllə atıcılarımız Avropa çempionatında iştirak edəcəklər
14 fevral 2012 19:12
Fevralın 15-də Finlandiyanın Vierumyaki şəhərində 10 metr məsafəyə atəş açma üzrə gənclər və böyüklər arasında Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda böyüklərin mübarizəsində Azərbaycanı Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, məşqçi İradə Aşumova, Nigar Bağırova, Zərifə Qasımova, Ruslan Lunyov və Rəsul Məmmədov təmsil edəcəklər.
Gənclərin yarışında isə idmançımız Nərminə Səmədova mübarizə aparacaq. Çempionatda 45 ölkədən 654 idmançı iştirak edəcək. Yarış fevralın 20-dək davam edəcək.